Logo

AzTU-nun professoru “IASED”in ən yüksək dərəcəsinə layiq görülüb

19.07.2023 00:01 428 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova elm və mühəndisliyin inkişafında cəmiyyətə verdiyi əhəmiyyətli töhfəyə görə, “IASED”in (The International Academy of Science and Engineering for Development) Direktorlar Şurası tərəfindən “Fellow Member” (həqiqi üzv) dərəcəsinə layiq görülüb.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Qeyd olunub ki, “Fellow Member” IASED-in ən yüksək dərəcəsidir.

Xəbər lenti