Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ikinci dəfə Avropa Komissiyasının “Jean Monnet” proqramının qalibi olub.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi tərəfindən “Jean Monnet” proqramına təqdim olunan “Avropa İttifaqında effektiv layihə idarəetməsi: Ən yaxşı təcrübələr və nümunə tədqiqatlar (EUPMO)” adlı modul layihə proqramın qalibi olub. Layihənin əsas məqsədi Avropa İttifaqının (Aİ) mövcud qrantlarından istifadə ilə bağlı məlumatlılığı artırmaq, fərdlərin anlayış, bacarıq və kompetensiyalarını təkmilləşdirməkdir. Layihənin ümumi büdcəsi 30 min avrodur.
Qeyd edək ki, UNEC ötən il də ümumi dəyəri 30 min avro olan “Dayanıqlı Avropa üçün rəqəmsal sahibkarlıq strategiyaları (DigiShip)” adlı “Erasmus+ Jean Monnet” modulunun qalibi olub. Layihə Aİ-nin qabaqcıl təcrübələrini mənimsəməklə, UNEC-də rəqəmsal sahibkarlıq kursunun praktikliyini artırmaq məqsədi daşıyıb.