Logo

Xəzər Universitetində “Cintana Education” şirkətinin rəhbərliyi ilə görüş olub

19.07.2023 12:42 390 baxış
IMG

Xəzər Universitetində ABŞ-ın “Cintana Education” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüşdə şirkətin rəhbəri Rik Şanqrou, Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Çağrı Bağcioğlu, Arizona Dövlət Universitetinin Öyrənmə Müəssisəsinin vitse-prezidenti Marko Serrato, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova və başqaları iştirak ediblər.

Görüşdə tərəfdaşlıq istiqamətində müzakirələr aparılıb.

Sonra Marko Serrato Arizona Dövlət Universitetinin təcrübəsi haqqında təqdimatla çıxış edib.

Xəbər lenti