"Həyat bilgisi fənninin içərisində dinlə əlaqəli xüsusi dərs keçilmir, sadəcə müəyyən bilgilər var".
Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır:
"Bunu çox istəyərdik. Təbii ki, bu da başqa mövzudur".