Bakı Dövlət Universitetində (BDU) 2023/2024-ci tədris ilində magistraturaya 1072 plan yeri ayrılıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, onlardan 774 yer Azərbaycan, 181 yer rus, 117 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 1024 yer olub.
Qeyd edək ki, BDU-nun magistraturasında 49 ixtisas, 246 ixtisaslaşma üzrə tədris aparılır.