Logo

Ali məktəblərin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri - STATİSTİKA

20.07.2023 11:43 341 baxış
IMG

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik göstəriciləri açıqlayıb.

Qurumdan "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 17359 bakalavrdan 13286 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 14038 yerin 94.64 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.63%, 2021-ci ildə isə 92.95% olub.

Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, neft-qaz mühəndisliyi, gəmiqayırma, istehlak mallarının ekspertizası, fövqəladə hallar, hava nəqliyyatı, pedaqogika, mexanika, biologiya, torpaqşünaslıq və aqrokimya, filologiya, sosiologiya, psixologiya, balıqçılıq, bədən tərbiyəsi, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi, çox işlənən malların texnologiyası və aktyor sənətinə uyğun olan 2, 7, 21, 24, 25, 27, 30, 34, 35, 38, 42, 48, 52, 54, 57, 60, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı istilik energetikası, dəmiryol nəqliyyatı, dağ-mədən mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması və kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi sahələrinə aid 4, 8, 29, 64, 65 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Universiteti, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərbi Kaspi Universitetlərində plan yerləri 95% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (66.67%) aiddir.

Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

 

Qəbul
planı

Qəbul edilibdir (o cümlədən, d.s. əsasında)

Qəbulolma faizi

Vakant yerlərin

 

 

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

 

sayı (faizi)

Proqram 1

142

127 (112)

14 (10)

141 (122)

99.30

1 (0.70)

Proqram 2

283

240 (197)

43 (23)

283 (220)

100.00

0 (0.00)

Proqram 3

233

205 (176)

21 (16)

226 (192)

97.00

7 (3.00)

Proqram 4

71

32 (28)

0 (0)

32 (28)

45.07

39 (54.93)

Proqram 5

168

104 (97)

10 (10)

114 (107)

67.86

54 (32.14)

Proqram 6

235

183 (149)

18 (17)

201 (166)

85.53

34 (14.47)

Proqram 7

29

24 (19)

5 (1)

29 (20)

100.00

0 (0.00)

Proqram 8

36

15 (12)

1 (0)

16 (12)

44.44

20 (55.56)

Proqram 9

67

62 (45)

0 (0)

62 (45)

92.54

5 (7.46)

Proqram 10

125

101 (76)

9 (9)

110 (85)

88.00

15 (12.00)

Proqram 11

290

239 (201)

26 (22)

265 (223)

91.38

25 (8.62)

Proqram 12

13

12 (9)

0 (0)

12 (9)

92.31

1 (7.69)

Proqram 13

233

192 (168)

8 (7)

200 (175)

85.84

33 (14.16)

Proqram 14

1164

1019 (945)

122 (115)

1141 (1060)

98.02

23 (1.98)

Proqram 15

110

86 (67)

14 (13)

100 (80)

90.91

10 (9.09)

Proqram 16

166

146 (120)

8 (6)

154 (126)

92.77

12 (7.23)

Proqram 17

49

47 (40)

0 (0)

47 (40)

95.92

2 (4.08)

Proqram 18

178

158 (149)

15 (5)

173 (154)

97.19

5 (2.81)

Proqram 19

271

251 (147)

16 (7)

267 (154)

98.52

4 (1.48)

Proqram 20

89

80 (60)

1 (0)

81 (60)

91.01

8 (8.99)

Proqram 21

76

71 (45)

5 (5)

76 (50)

100.00

0 (0.00)

Proqram 22

159

148 (91)

10 (4)

158 (95)

99.37

1 (0.63)

Proqram 23

108

67 (51)

5 (4)

72 (55)

66.67

36 (33.33)

Proqram 24

43

43 (30)

0 (0)

43 (30)

100.00

0 (0.00)

Proqram 25

6

6 (3)

0 (0)

6 (3)

100.00

0 (0.00)

Proqram 26

2086

1819 (820)

192 (63)

2011 (883)

96.40

75 (3.60)

Proqram 27

491

477 (187)

14 (8)

491 (195)

100.00

0 (0.00)

Proqram 28

194

173 (139)

12 (10)

185 (149)

95.36

9 (4.64)

Proqram 29

30

12 (12)

0 (0)

12 (12)

40.00

18 (60.00)

Proqram 30

7

5 (5)

2 (2)

7 (7)

100.00

0 (0.00)

Proqram 31

123

109 (91)

9 (6)

118 (97)

95.93

5 (4.07)

Proqram 32

140

123 (98)

5 (4)

128 (102)

91.43

12 (8.57)

Proqram 33

195

160 (126)

10 (9)

170 (135)

87.18

25 (12.82)

Proqram 34

74

70 (43)

4 (2)

74 (45)

100.00

0 (0.00)

Proqram 35

137

134 (128)

3 (2)

137 (130)

100.00

0 (0.00)

Proqram 36

72

69 (64)

2 (1)

71 (65)

98.61

1 (1.39)

Proqram 37

84

71 (30)

3 (3)

74 (33)

88.10

10 (11.90)

Proqram 38

263

263 (49)

0 (0)

263 (49)

100.00

0 (0.00)

Proqram 39

22

2 (0)

16 (1)

18 (1)

81.82

4 (18.18)

Proqram 40

261

221 (42)

9 (2)

230 (44)

88.12

31 (11.88)

Proqram 41

54

45 (4)

0 (0)

45 (4)

83.33

9 (16.67)

Proqram 42

169

162 (71)

7 (6)

169 (77)

100.00

0 (0.00)

Proqram 43

64

41 (15)

2 (0)

43 (15)

67.19

21 (32.81)

Proqram 44

45

32 (29)

1 (1)

33 (30)

73.33

12 (26.67)

Proqram 45

18

15 (4)

1 (0)

16 (4)

88.89

2 (11.11)

Proqram 46

160

137 (62)

12 (3)

149 (65)

93.13

11 (6.88)

Proqram 47

271

204 (48)

33 (4)

237 (52)

87.45

34 (12.55)

Proqram 48

128

120 (36)

8 (2)

128 (38)

100.00

0 (0.00)

Proqram 49

168

136 (92)

20 (8)

156 (100)

92.86

12 (7.14)

Proqram 50

51

43 (23)

1 (1)

44 (24)

86.27

7 (13.73)

Proqram 51

12

8 (8)

0 (0)

8 (8)

66.67

4 (33.33)

Proqram 52

22

22 (15)

0 (0)

22 (15)

100.00

0 (0.00)

Proqram 53

122

107 (55)

11 (4)

118 (59)

96.72

4 (3.28)

Proqram 54

63

60 (22)

3 (1)

63 (23)

100.00

0 (0.00)

Proqram 55

33

29 (19)

2 (1)

31 (20)

93.94

2 (6.06)

Proqram 56

3771

3459 (0)

301 (0)

3760 (0)

99.71

11 (0.29)

Proqram 57

10

10 (5)

0 (0)

10 (5)

100.00

0 (0.00)

Proqram 58

22

14 (9)

7 (4)

21 (13)

95.45

1 (4.55)

Proqram 60

8

8 (7)

0 (0)

8 (7)

100.00

0 (0.00)

Proqram 61

20

10 (10)

4 (4)

14 (14)

70.00

6 (30.00)

Proqram 62

10

8 (8)

0 (0)

8 (8)

80.00

2 (20.00)

Proqram 63

10

7 (7)

0 (0)

7 (7)

70.00

3 (30.00)

Proqram 64

10

3 (3)

0 (0)

3 (3)

30.00

7 (70.00)

Proqram 65

10

5 (5)

0 (0)

5 (5)

50.00

5 (50.00)

Proqram 68

108

81 (55)

4 (3)

85 (58)

78.70

23 (21.30)

Proqram 69

29

20 (14)

1 (1)

21 (15)

72.41

8 (27.59)

Proqram 70

78

39 (28)

3 (3)

42 (31)

53.85

36 (46.15)

Proqram 71

5

5 (5)

0 (0)

5 (5)

100.00

0 (0.00)

Proqram 72

8

8 (5)

0 (0)

8 (5)

100.00

0 (0.00)

Proqram 74

4

4 (3)

0 (0)

4 (3)

100.00

0 (0.00)

Proqram 75

32

20 (9)

5 (1)

25 (10)

78.13

7 (21.88)

Cəmi

14038

12228 (5547)

1058 (434)

13286 (5981)

94.64

752 (5.36)

 

Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Xəbər lenti