Logo

BMU əməkdaşları Rumıniyanın Oradea Universitetində səfərdə olublar - FOTO

20.07.2023 14:50 419 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində 12-19 iyul 2023-cü il tarixlərində Rumıniyanın Oradea Universitetində təlim xarakterli səfərdə olublar.

Tehsil.biz xəbər verir ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Firudin Sultanov, Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimovanın iştirak etdiyi səfərdə iki ali təhsil ocağı arasında əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Həmçinin, növbəti illərdə də tələbə və müəllimlərin bu proqramdan yararlanması üçün addımların atılması, Oradea Universitetinin Araşdırma mərkəzi ilə birlikdə Erasmus+ layihələrində tərəfdaşlıq imkanları, hər iki universitet əməkdaşlarının ortaq məqalələrinin yazılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər zamanı BMU əməkdaşları Oradea Universitetinin Karyera planlama departamentinin təcrübəsi ilə də tanış olublar.

Xəbər lenti