Logo

DİM-dən təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərə MÜRACİƏT

20.07.2023 15:59 452 baxış
IMG

167 saylı tam orta məktəbdə 1601, 1701 və 15-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (1601 və 15-ci komissiya) və yapma (1701-ci komissiya) imtahanında iştirak etmək üçün imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 11 illik təhsil bazasında 1602-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlərin də imtahana buraxılış vərəqəsi qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.

Qabiliyyət imtahanlarının qrafiki Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Xəbər lenti