Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib.
Belə ki, Milli Məclisinin deputatı, professor, Əməkdar elm xadimi Cəfərov Nizami Qulu oğlu, Allahyarlı Nihad Vüqar oğlu (“DAVAM” Gənclər Hərəkatı İctimai Birliyi), Bəbirova Ülviyyə Firudin qızı ( "Mədəniyyət Könüllüləri" İctimai Birliyi), Nəzərova Adilə Həsən qızı ( "Kitab evi" İctimai Birliyi) Əməkdar incəsənət xadimi Salayev Ayaz Ramiz oğlu, Verdiyeva Bəyimxanım İsfəndiyar qızı (“Xan Şuşiniski” Fondu) Mədəniyyət Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstərəcəklər.
Xatırladırıq ki, iyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar İctimai Birliyi) Şuraya üzv seçiliblər.
Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.