Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) sənəd almaq üçün yaxınlaşan tələbə təhsil müəssisəsinə buraxılmayıb.
Tehsil.biz xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndiyev məlumat paylaşıb.
Ekspertin sözlərinə görə tələbənin universitetə buraxılmamasına səbəb onun "şortik" geyinməsi olub.
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əlaqə saxladıq. Ali məktəbin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirildi ki, universitetdə belə bir məhdudiyyət tətbiq olunmayıb:
"Sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Həmin tələbə ilə əlaqə saxlanılıb, söhbət aparılıb. Azərbaycan Memarlıq və İnşaat universitetinin daxili nizam-intizam qaydaları var, ancaq tələbələrin geyimləri ilə bağlı heç bir qadağa tətbiq olunmayıb".
Kənan Nağıbəyli