Logo

Yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemləri araşdırılır

20.07.2023 20:37 248 baxış
IMG

Elm və Təhsıl Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının süni intellekt texnologiyaları əsasında formalaşdırılması problemləri araşdırılır.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, müvafiq istiqamətdə mexanizmlər işlənilib, təhsil iqtisadiyyatının “Sənaye 4.0” platforması əsasında iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri araşdırılıb və “Big Data” əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması problemlərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi ilə bağlı tədqiqatlar aparılıb. Azərbaycanın internet mühitində kommersiya xarakterli informasiya resurslarının mübadiləsi analiz edilib, eləcə də informasiya istehsalçısı və istehlakçısının qarşılıqlı münasibətlərinin ümumi iqtisadi inkişafa təsiri tədqiq olunub.

Xəbər lenti