Logo

BDU-nun magistraturasını seçənlərin NƏZƏRİNƏ

21.07.2023 14:14 620 baxış
IMG

2023-2024-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura pilləsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayır.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-i saat 11:00-dan iyulun 31-i saat 18.00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:

1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi;

2.Bakalavr pilləsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);

3.İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün);

4. Ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar üçün ödəniş qəbzi.

Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71 (BDU-nun Magistratura şöbəsi).

Xəbər lenti