Logo

BDU və Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

21.07.2023 16:33 369 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Tehsil.biz xəbər verir ki, müqaviləni BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Hacettepe Universitetinin Erasmus koordinatoru Ruhtan Yalçıner imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, Hacettepe Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. 16 fakültə, 15 institut, 4 peşə məktəbi və bir konservatoriyanın fəaliyyət göstərdiyi Hacettepe Universiteti  QS WUR reytinqində 761-770-ci pillədədir.

Xəbər lenti