2023/2024-cü il tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura təhsil pilləsi üzrə qəbul planı 96.4 faiz yerinə yetirilib.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, 1585 plan yerinə 1519 nəfər qəbul olub, onlardan 390 nəfəri ingilisi dili bölməsi üzrə təhsil alacaq.
Azərbaycan-Fransız Univesitetinin (UFAZ) magistratura pilləsinə 80 plan yeri üzrə 61 abituriyent qəbul olub.
2023/2024-cü tədris ilindən ADNSU ilə ikili doplom proqramı layihəsinə start verən Vorvik Universitetinə isə 50 plan yeri üzrə 36 abituriyent qəbul olub.
Ümumilikdə ADNSU, UFAZ və Vorvik Universiteti üzrə 1715 plan yerinə 1615 nəfər qəbul olub ki, bu da qəbul planının. 94, 2 faizi deməkdir.
İyulun 21-dən 31-ə qədər magistraturaya qəbul olan namizədlərin qeydiyyatı həyata keçiriləcək.
ADNSU-nun magistratura pilləsinə qəbul olan gənclər universitetin rəsmi veb səhifəsində yerləşdirilmiş link üzərindən qeydiyyatdan keçə bilərlər.