Logo

DSX-nin akademiyasında magistraturanı bitirən məzunlar üçün mərasim keçirilib - FOTO

22.07.2023 17:36 492 baxış
IMG

İyulun 22-də Dövlət Sərhəd Xidməti Akademiyasının magistratura pilləsini bitirmiş məzunların ikinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib, abidə önünə güllər düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və Döyüş Bayrağının gətirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyev məzunları Dövlət Sərhəd Xidməti Akademiyasında ilk dəfə 2020-ci ildə yaradılmış və hazırda ikinci buraxılışı olan magistratura təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibəti ilə təbrik edərək təhsil müddətində qazandıqları bilik və bacarıqların ölkəmizin hüdudlarında dövləti maraqlarımızın müdafiəsi üzrə fəaliyyətlərinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Məzunlar adından çıxış edən polkovnik-leytenant Azər Omarov Azərbaycan Sərhəd Mühafizəsinin magistr təhsilli zabitləri olmaları ilə fəxr etdiklərini, qalib ölkənin qürurlu sərhədçiləri olaraq üçrəngli Dövlət Bayrağımızın vüqarla dalğalandığı müqəddəs sərhədlərimizin keşiyində hər zaman şərəflə dayanacaqlarını ifadə edib və sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə əməyini əsirgəməyən professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildirib.

Mərasim başa çatdıqdan sonra məzunlar ilə xatirə fotoşəkli çəkdirilib.

DSX-nın Akademiyasında magistraturanı bitirən məzunlar üçün mərasim keçirilib

DSX-nın Akademiyasında magistraturanı bitirən məzunlar üçün mərasim keçirilib

Xəbər lenti