Logo

İslamşünaslıq ixtisasına plan yerlərinin sayı artırılıb

23.07.2023 18:29 247 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) islamşünaslıq ixtisasına 50 plan yeri ayrılıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

Yüksəkixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər dünyagörüşü səviyyələrinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dini Psixoloji Komissiyada müsahibədən keçəcəklər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) yaratdığı DPK-nin tərkibinə ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Aİİ-nin əməkdaşları daxil ediliblər.

Müsahibə zamanı, habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək.

Qeyd edək ki, müsahibədə DİM-in təşkil etdiyi III ixtisas qrupunu (DT) seçmiş və müsabiqə şərtlərinə əsasən, ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi (blok imtahanı) üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.

İslamşünaslıq ixtisası üzrə DPK Azərbaycan İlahiyyat İnstitutunun inzibati binasında (Məhəmməd Naxçıvani, 29) fəaliyyət göstərəcək.

Xəbər lenti