SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbələri Cavidan Zeynalov və Günel Rəhimlinin "Therminator" komandası “Green Energy Startup Pitchfest”ində I yerin sahibi olub.
Tehsil.biz xəbər verir ki, Bakı Gənclər Mərkəzinin və “MLK Tech Group” MMC şirkətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarışda ümumilikdə 96 komanda qeydiyyatdan keçib. BANM tələbələri finalda 20 komanda arasından seçilərək ən yüksək nəticə göstəriblər.
BANM tələbələrinin layihəsi Fazadəyişən maddə panelləri ilə soyutma və havalandırma avadanlıqlarındakı enerji sərfiyyatının azaldılmasını nəzərdə tutur. Onlar bu layihənin kimyəvi hissəsi ilə yanaşı, bazar analizi, maliyyə xərcləri daxil olmaqla biznes aspektlərini də təqdim ediblər.
