Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ

24.07.2023 12:41 237 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Xəbər lenti