Logo

Təsviri sənət istiqaməti üzrə Şəki şəhərində qabiliyyət imtahanı vermiş abituriyentlərin NƏZƏRİNƏ

24.07.2023 14:35 476 baxış
IMG

Şəki şəhərində iyulun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, qeyd olunan imtahanda iştirak etmiş abituriyentlərin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün iyulun 25-də saat 14:00-dan etibarən onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlərdən DİM-in Şəki Regional Bölməsinə gəlmələri xahiş olunur.

Xəbər lenti