Logo

Karyera məsləhəti təlim-videoları “İnnovator” nişanı ilə təltif edilib

24.07.2023 15:39 237 baxış
IMG

Avropa Təlim Fondunun təşkil etdiyi “İnnovativ Tədris və Öyrənmə Mükafatı 2022” layihəsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilən “Rəqəmsal texnologiyaların tətbiqilə karyera inkişafı bacarıqlarının öyrənilməsində innovativ yanaşma” təşəbbüsü qlobal bazaya daxil edilərək “İnnovator” nişanı ilə təltif edilib. 

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Avropa İttifaqının insan kapitalı sahəsində ixtisaslaşmış qurumu olan Avropa Təlim Fondu tərəfindən tanınmış metodologiya hazırlanan qısa təlim-videolar 21-ci əsrdə karyera və məşğulluq üçün zəruri olan əmək bazarı, şəxsi inkişaf, karyera planlaması, sahibkarlıq və s. kimi mövzuları əhatə edir.

Təşəbbüsün məqsədi əlçatanlılıq, mobillik və inklüzivliyi artırmaqla yalnız peşə təhsili alan deyil, bütün gənclər üçün karyera inkişafı üzrə maarifləndirməni və bacarıqların öyrənilməsini təmin etməkdir. Bu təlimlər öyrənənlərin mövzuları daha asan şəkildə və sərbəst qavramasına xidmət edir və həmçinin, karyera məsləhət xidməti göstərən mütəxəssislər üçün də elektron vəsait rolunu oynayır.

Xəbər lenti