Logo

DQİDK yanında İctimai Şuranın Seçki Komissiyasının görüşü keçirilib

24.07.2023 18:07 180 baxış
IMG

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş çərçivəsində İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi, eləcə də seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.

Dövlət Komitəsi sədrinin müavini, Seçki Komissiyasının sədr müavini Gündüz İsmayılov ötən dövr ərzində İctimai Şuraların fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini genişləndirmək məqsədilə İctimai Şuranın üzvlərinin say həddinin 9 nəfər müəyyən olunması məqsədəuyğundur.

Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və sahələri üzrə hüquqi aktların qəbulunda, ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi ilə əlaqədar Komitə sədrinin əmri ilə DQİDK yanında İctimai şuranın formalaşdırılması üçün seçkilərin təşkili və keçirilməsi məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.

Xəbər lenti