Logo

Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib

24.07.2023 18:32 463 baxış
IMG

Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu fəaliyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə dövlət filarmoniyasına “muxtar respublika” statusu verilib.

Bu barədə "Tehsil.biz"ə Naxçıvan MR-nin Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika”statusunun verilməsinə görə filarmoniya əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavə ödəniləcəkdir.

Xəbər lenti