SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Azər Sadıxzadə Çinin “Huawei” şirkətinin təşkil etdiyi “Gələcəyin toxumları (“The Seeds for The Future”) proqramında Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Tehsil.biz xəbər verir ki, BANM-in tələbəsi Bakıda keçirilən final seçimində qalib olub və sentyabr ayında Dohada proqrama qatılacaq Azərbaycan komandasının lideri seçilib. “Huawei” şirkətinin Dohada keçirəcəyi 8 günlük proqramda Azərbaycanın müxtəlif universitetlərindən 5 tələbə iştirak imkanı əldə edib.
Proqram iştirakçılara beynəlxalq mühitdə qabaqcıl İKT biliklərinə yiyələnmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq imkanı təqdim edir.