Ümummilli lider Heydər Əliyevin ölkə şahmatının inkişafındakı xidmətləri ilə bağlı film hazırlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, sənədli film ulu öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində çəkilib.
“SƏRƏNCAM № 42” adlı filmdə ümummilli lider Heydər Əliyevin ölkə şahmatının inkişafındakı misilsiz xidmətlərindən danışılır.