Logo

Təsviri incəsənət müəllimliyi ixtisası üzrə Gəncə şəhərində qabiliyyət imtahanı verən abituriyentlərin NƏZƏRİNƏ

24.07.2023 22:59 255 baxış
IMG

Cari il iyulun 28-29-da Gəncə şəhərində təsviri incəsənət müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanları keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanlar Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbdə təşkil edilir.

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq olar.

Xəbər lenti