Logo

BDU-nun həmtəşkilatçılığı ilə ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu keçiriləcək

25.07.2023 10:26 167 baxış
IMG

31 iyul - 5 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) təşkil olunacaq.

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi İslam dünyası ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılması, yerli kadrların yetişdirilməsidir.  

Tədbirdə ölkəmizi təmsil edəcək BDU komandası tərəfindən hazırlanan “CANSAT1919” və “CubeSat” model peykləri də sərgilənəcək.

Havada olan qazların miqdarını, nisbətini, maqnit sahəsini və havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri eyni zamanda səmada çəkiliş edərək bütün məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərindən təmin edən “CANSAT1919” və “CubeSat” avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.

Xəbər lenti