Logo

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunur

25.07.2023 13:11 376 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Ötən 6 ayda informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, “Industry 4.0” platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, kiberfiziki sistemlərin kompleks təhlükəsizliyi tədqiq edilib. Bununla yanaşı, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması, süni intellekt texnologiyalarının riskləri və onların kiberdayanıqlılığı, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, süni immun sistemlərinin problemləri, eləcə də proses analitikası ilə bağlı araşdırmalar aparılıb, mühüm nəticələr əldə olunub.

Xəbər lenti