Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun əllərinin heykəli hazırlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Misir Mərdanov sosial media hesabında paylaşıb.
O qeyd edib ki, əllərinin heykəli “Danışan əllər” layihəsi çərçivəsində hazırlanıb:
“Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar onun rəhbərliyi altında çalışmış insanların əllərinin heykəlləri yaradılıb. Yaxın zamanlarda bu heykəllərin sərgisinin keçirilməsi də planlaşdırılır. Fürsətdən istifadə edərək “Danışan əllər” layihəsinin müəlliflərinə və layihənin yaradıcılarına təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edirəm”.