Logo

ADNSU və UFAZ tələbələrinin iştirakı ilə geofizika üzrə beynəlxalq düşərgəyə start verilib

25.07.2023 14:21 200 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin iştirakı ilə geofizika üzrə beynəlxalq sahə düşərgəsi təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Azərbaycan-Fransız Universiteti, BP və EI Group-un sponsorluğu ilə UFAZ-da beynəlxalq düşərgənin açılış mərasimi keçirilib.

Sahə düşərgəsində ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanı Kral Fəhd Neft və Minerallar Universitetindən ümumilikdə 25 tələbə iştirak edir.

Düşərgə 5 gün ərzində Astarada davam edəcək. Sahə təcrübəsində bəzi geofiziki üsullar (georadar, seysmik və elektrik müqaviməti), həmçinin geokimya alətləri (suyun pH və keçiricilik zondları) tətbiq olunacaq. Tələbələr bu alətlərdən sahədə necə istifadə etməyi, məlumatları emal və şərh etməyi öyrənəcəklər.

Sahə təcrübəsində UFAZ və ADNSU-nun müəllimləri təlim aparacaq.

Düşərgənin məqsədi Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyən etməkdir.

Xəbər lenti