Logo

ATMU-nun tələbələri Türkiyədə istehsalat təcrübəsində olublar - FOTO

25.07.2023 15:58 138 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 73 nəfəri cari tədris ilində Türkiyənin Antalya şəhərində “Job Türkiye” və “Summer Tour” şirkətinin dəstəyi ilə gerçəkləşən istehsalat təcrübəsini uğurla davam etdirirlər.

Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.

Bildirilib ki, Antalyada təcrübə imkanı qazanan tələbələrin əksəriyyəti Türkiyənin nüfuzlu hotellərində peşəkar vərdişlərə yiyələnirlər.

Qeyd edək ki, ATMU-nun müvafiq strukturları, eyni zamanda, istehsalat təcrübəsi mərhələsində keyfiyyət amilinin təmini və uyğun metodların işlənib-hazırlanması məsələsinə xüsusi səy göstərir. Bu günlərdə ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Karyera və kommunikasiya şöbəsinin baş mütəxəssisi Elnurə Əliyeva Antalya şəhərində təcrübə keçən universitet tələbələrinin iş və yaşayış şəraiti ilə tanış olub, müəssisə rəhbərləri ilə işgüzar görüşlərə qatılıblar.

Xəbər lenti