AMEA Nəsimi adına Dilçilik İnstitutunda bu ilin oktyabrında keçiriləcək “Qərbi Azərbaycan toponimləri və mikrotoponimləri” mövzusunda respublika elmi konfransına məqalə qəbulu aparılır.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransda iştirak etmək istəyənlər məqalələri sentyabrın 25-dək [email protected] ünvanına göndərilməlidirlər.
Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.