Logo

"Nobel" üçün Azərbaycandan olan müraciətlərin sayı açıqlandı

25.07.2023 21:51 364 baxış
IMG

Nobel mükafatlarının təsis edilməsindən keçən 122 il ərzində Azərbaycandan həmin mükafatı almaq üçün hələlik 2-3 rəsmi müraciətin olması məlumdur. 

Tehsil.biz xəbər verir ki, bu barədə AMEA-nın təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin ilk iclasında bildirilib.

Nazirlər Kabinetinin 3 iyun 1996-cı il tarixli qərarı ilə “AMEA nəzdində Nobel İnformasiya Mərkəzi”nin yaradıldığını diqqətə çatdırlıb. Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin sözügedən qərarının arxivdən tapılaraq ondan irəli gələn məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Ötən 122 ildə Azərbaycandan bu mükafata məşhur fizik Lev Landaunun layiq görüldüyünü, həmçinin Cənubi Azərbaycandan Şirin Ebadinin Nobel mükafatı aldığını, həmçinin Nobel Sülh Mükafatına layiq görülən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) çalışanların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olduğunu qeyd edilib. Həmçinin dünya şöhrətli görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin və məşhur cərrah akademik Mustafa bəy Topçubaşovun da Nobel mükafatına namizədlər kimi təqdim edilməsinə dair məlumatların olduğu vurğulanıb.

Xəbər lenti