Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi arasında görüş keçirilib.
TKTA-dan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin fəaliyyət istiqamətləri və icra olunan layihələr barədə ətraflı məlumat verilib.
Elmin inkişafı ilə bağlı müzakirələrin aparıldığı görüşdə Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova müasir dövrdə elmin davamlı inkişafı və sözügedən istiqamətdə qlobal rəqabət qabiliyyətinin artırılması üçün beynəlxalq elmi informasiya məkanına inteqrasiyanın əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi arasında əməkdaşlıq perspektivlərinə dair müzakirə aparılıb.