26 iyul tarixində 2023/2024-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçmiş 784 müraciətçidən 657-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.
Test imtahanı mərhələsində 420 nəfər iştirak edib. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.
90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.
İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.