"Bu il məktəbəqədər təhsil müəssisələrinə direktor vəzifəsi ilk dəfə müsabiqə yolu ilə seçiləcək".
Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova bildirib.
Onun sözlərinə görə, bağça direktorunda həm idarəetmə, həm oradakı tərbiyəçi müəllimlərə olan tövsiyə, valideynlərlə əməkdaşlıq mühüm məqamlardır:
“Məktəbəqədər təhsil müəssisələrinin direktorlarında mütləq bu meyarlara cavab verən xüsusiyyətlər olmalıdır. Müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq”.