Logo

Radiasiya Problemləri İnstitutunun gənc alimi Fransada təcrübə keçəcək

26.07.2023 21:35 324 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun gənc alimi Hacı Vahid Axundzadə Fransada qısamüddətli elmi təcrübə keçəcək.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Azərbaycan Elm Fondunun cari ildə elan edilmiş 10-cu “Mobillik qrantı” müsabiqəsində “Struktur biologiya və molekulyar dokinq” mövzusu üzrə qrant qazanmış gənc alimin təcrübəsi sentyabr-oktyabr aylarını əhatə edir və Nans şəhərində yerləşən Lorian Universitetində baş tutacaq.

Xəbər lenti