Logo

ADNSU və UFAZ tələbələrinin iştirakı ilə beynəlxalq sahə düşərgəsi davam edir

27.07.2023 12:23 541 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin iştirakı ilə geofizika üzrə beynəlxalq sahə düşərgəsi Astarada davam edir.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Sahə düşərgəsinə ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanı Kral Fəhd Neft və Minerallar Universitetindən ümumilikdə 25 tələbə qatılıb. Sahə təcrübəsində bəzi geofiziki üsullar, həmçinin geokimya alətləri (suyun pH və keçiricilik zondları) tətbiq edilir.

Düşərgə Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyən etmək məqsədilə təşkil olunub.

Xəbər lenti