İyulun 24-də Globus Centrdə Erasmus+Gənclik proqramının ali təhsil müəssisələri üçün mövcud olan imkanlar haqqında sessiya keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Milli Erasmus+ofisinin rəhbəri cənab Pərviz Bağırov, Avropa İttifaqının Şərqi Avropa və Qafqaz üzrə Gənclər Resurs Mərkəzinin xarici və sektorlararası proqramlar şöbəsinin (SALTO) direktor müavini Andrey Pavloviç, Erasmus+Gənclər və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda məlumat mərkəzinin koordinatoru Ramiz Əliyev, Azərbaycanın iyirmiyə yaxın Universitetlərinin “Beynəlxalq əlaqələr” şöbələrinin nümayəndələri və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos. Mahir Calalov iştirak edib.
Sessiyada Polşa vətəndaşı, Avropa İttifaqının Şərqi Avropa və Qafqaz üzrə Gənclər Resurs Mərkəzinin xarici və sektorlararası proqramlar şöbəsinin (SALTO) direktor müavini Andrey Pavloviç və Erasmus+Gənclər və Avropa Həmrəylik korpusu üzrə Azərbaycanda məlumat mərkəzinin koordinatoru Ramiz Əliyev Erasmus+Gənclik proqramının ali təhsil müəssisələri üçün mövcud imkanları haqqında ətraflı məlumat veriblər.