Logo

TKTA ADA Universitetində təlimlər təşkil edəcək

27.07.2023 16:08 363 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə ADA Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Tehsil.biz xəbər verir ki, imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən ADA Universitetində çalışan akademik və inzibati heyətin xarici keyfiyyət təminatına dair təlimlərə cəlb olunması nəzərdə tutulur.

Təlimlərdə akademik və inzibati heyətə Agentliyin mütəxəssisləri tərəfindən ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarlarına dair geniş məlumat veriləcəkdir. 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Xəbər lenti