Logo

“Cintana Education” şirkətinin prezidenti Rik Şanqrou tərəfindən seminar keçirilib

27.07.2023 17:51 329 baxış
IMG

Xəzər Universitetində ABŞ-ın “Cintana Education” şirkətinin prezidenti Rik Şanqrou tərəfindən seminar keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, seminar “Multidisiplinar, interdisiplinar və transdisiplinar tədqiqat arasında fərq nədir?” mövzusuna həsr olunub.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, fakültə dekanları, departament müdirləri, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Seminar iştirakçıların mövzuya dair intensiv müzakirəsi ilə davam edib.

Xəbər lenti