Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Almaniyanın Deggendorf Texniki Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əməkdaşlıq çərçivəsində tibbi informatika sahəsində Almaniyanın təcrübəsinin öyrənilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu elmi jurnallarda dərc olunması, eləcə də qrant layihələrində birgə iştirak və elmi seminarların təşkili nəzərdə tutulur.