Logo

“FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırılıb

27.07.2023 22:38 192 baxış
IMG

Azercell-in dəstəyi ilə “FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycanı təmsil edən MecHack #9030 komandasının mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Azercell-in dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılıblar və mükafata layiq görülüblər.

Belə ki, MeckHack #9030 adı altında 22 gənc “FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi “Rookie Inspiration” mükafatı ilə dönüb.

Təntənəli tədbirdə iştirak edən gənc robototexniklər “Train Brain” mərkəzi və Azercell tərəfindən xüsusi sertifikatlarla təltif olunublar. Lider mobil operatorun nümayəndələri gənc robototexnikləri beynəlxalq uğur münasibətilə təbrik edib, komandamıza informasiya texnologiyaları və robototexnika sahəsindəki təhsillərində yeni nailliyətlər arzulayıblar. Eyni zamanda, tədbirdə “Azercell Telekom” komandaya göstərdiyi etimad və gənclərimizin inkişafına daim dəstək olduğu üçün “Train Brain” mərkəzi tərəfindən mükafata layiq görülüb.

Xəbər lenti