Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında II ixtisas qrupu üzrə ikinci ən yüksək bal toplayan abituriyent Nicat Səmədli SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) seçir.
Tehsil.biz xəbər verir ki, Nicat buraxılış imtahanında 292,4, blok imtahanında 394 olmaqla ümumilikdə 686,4 bal toplayıb.
Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin məzunu olan Nicat BANM-in Biznesin idarə edilməsi ixtisasında təhsil almaq arzusundadır.