Logo

Bu gün Aşuradır

28.07.2023 00:16 185 baxış
IMG

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

“Tehsil.biz"in məlumatına görə, Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək.

Hər il olduğu kimi bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq.

Vətəndaşlar Bakı şəhəri üzrə Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu, Sahibəzzaman məscidi, Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu, Qaraçuxur məscidi, Yasamal rayonu, Təzə Pir məscidi, Yasamal rayonu, Hacı Soltanəli məscidi, Binəqədi rayonu, İmam Əli məscidində qan verə bilərlər.

Əlavə olaraq Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

Ümumilikdə qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, həmçinin 8 səhiyyə müəssisəsində keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Xəbər lenti