Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilin keyfiyyətinin artırılması məqsədilə monitorinqlər keçirilib.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, monitorinqlər 1021 dərsdə, o cümlədən payız semestrində 601, yaz semestrində isə 420 dərsdə təşkil olunub.
Monitorinqi keçirilmiş 24 dərsin keyfiyyəti qeyri-qənaətbəxş qiymətləndirilib.