Logo

BDU-nun 1004 bakalavr və magistrantı yay semestri dərslərində iştirak edir

28.07.2023 14:00 181 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Yay semestri 2022-2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.

BDU-da yay semestrinin 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.

Xəbər lenti