Logo

“Kibernetika və informatika problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans keçiriləcək

28.07.2023 14:18 187 baxış
IMG

Avqustun 28-30-da Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatika problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans (PCI`2023) keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, konfransın təşkilatçıları İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və ADA Universitetidir. Konfransın tərəfdaşları Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemləri müzakirə etməkdir.

Konfransın əsas elmi istiqamətləri “Optimallaşdırma və optimal nəzarət”, “Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər”, “Ədədi üsullar və hesablama texnologiyaları”, “Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu”, “Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi”, “İntellektual sistemlər”, “Nümunələrin tanınması sistemləri və üsulları”, “Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri”, “İnformasiya-kommunikasiya texnologiyaları və onların tətbiqi” mövzularını əhatə edir.

Hibrid formatda keçiriləcək tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.

Xəbər lenti