Logo

AzTU-nun tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

28.07.2023 14:40 180 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

Tehsil.biz xəbər verir ki, Cəmil Məmmədli 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. O, 2016-2020-ci illərdə AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsində təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Müəllim və tələbə yoldaşlarının yaddaşında vətənpərvər bir insan kimi qalan Cəmil Məmmədli 2020-ci il sentyabrın 27-də başladılan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Xəbər lenti