Logo

BDU Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti ilə mübadilə protokolu imzalayıb

28.07.2023 15:55 184 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Rumıniyanın Alexandru İoan Cuza İasi Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi Universitetinin rektoru Tudorel Toader imzalayıblar. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1860-cı ildə qoyulmuş Alexandru İoan Cuza İasi Universitetində 25 min tələbə təhsil alır. Universitetdə 15 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbər lenti