Logo

“Gənc istedadlar” liseyinin şagirdləri Sinqapurda SIMOC müsabiqəsinin qalibi olublar - FOTO

28.07.2023 16:32 241 baxış
IMG

Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən "Singapore international math olympiad challenge" (SIMOC) olimpiadasında iştirak ediblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan və s. kimi 30-dan çox ölkədən ümumilikdə 1633 məktəblinin iştirak etdiyi SIMOC olimpiadasında Azərbaycandan 129 şagird təmsil olunub.

SIMOC olimpiadasında BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl,  VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüb.

Xəbər lenti